26 Yanvar 2024 11:32
“Mətbəx otaqlarında yerinin yaşayış otaqları ilə dəyişdirilir. Layihədən kənar görülən bu iş qaz təchizatı normalarına ziddir”.
Bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.
O əlavə edib ki, ümumiyyətlə, həmin əraziyə qaz xəttinin çəkilməsi qadağandır:
“Əgər otağın eni 4 metrdirsə, 6 metrlik boru ilə tranzit qaz keçidi edə bilərlər. Biz kiminsə mətbəxini sökmək səlahiyyətimiz yoxdur, amma abonent şərtlərə riayət etmədiyi təqdirdə qaz verilişi dayandırıla bilər. Mətbəxin ölçülərinin kiçildilməsi zamanı normativlər nəzərə alınmalıdır. Əgər dörd gözlü qaz quraşdırılıbsa otağın həcmi 14 kub olmalıdır.
Bu az olduğu halda biz onu nöqsan kimi qeyd edirik. Çünki yanan qazın həcminə uyğun oksigen olmalıdır. Əks halda dəm qazından zəhərlənmə halları baş verə bilir.
Bu vəziyyət həmin anda istehlakçını zəhərləməsə də, zamanla onun sağlamlığında ciddi problemlərə, xəstəliklərə səbəb olur”.