9 Yanvar 2024 22:21
Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Piriyev Rüfət polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Rüfət Piriyevin “Abroad” MMC və “Greencard Azerbaijan” şirkətinin rəhbəri kimi tanınır.