METBUAT.AZ

Dünya

Gürcüstan və Ermənistan arasında

26 Yanvar 2024 17:45

Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuata açıqlamasında bildirib.

O, Gürcüstan və Ermənistanın həmişə strateji dost və tərəfdaş olduqlarını, bu reallığın bu gün rəsmiləşdirildiyini qeyd edib.

“Biz ənənəvi olaraq tarixən çox güclü müttəfiq, dostuq, təkcə qonşu deyilik. Bizim çox yaxşı tərəfdaşlığımız, münasibətlərimiz bütün istiqamətlərdədir. Bu gün bu reallıq, vəziyyət rəsmiləşib və biz rəsmi olaraq strateji tərəfdaşlıq haqqında əməkdaşlıq sazişini imzaladıq”, - Qaribaşvili bildirib.


metbuat.az.