16 Yanvar 2024 15:51
Hacıqabul-Horadiz yolunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.
Metbuat.az-ın məlumatına görə, polis nəfəri, Sabirabad rayon
sakini, 1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlu "Volkswagen
Touareg" markalı, "90-GD-390" dövlət qeydiyyat nömrəli
avtomobillə Hacıqabul rayonundan Sabirabad istiqamətində hərəkətdə olarkən
buzlu hava şəraiti ilə əlaqədar idarəetməni itirərək yoldan çıxıb. Avtomobil
dəmir arakəsmələrə dəyərək yolun kənarına aşıb.
Hadisə nəticəsində D.Məmmədov zərbənin təsirindən avtomobildən çıxaraq yolun karına
düşüb və orada aldığı xəsarətlərdən ölüb. Hadisə nəticəsində avtomobildə
qısaqapanma yaranıb və maşın alışıb.
Məlumata görə, D. Məmmədov uzun illərdir polis əməkdaşı işləyirmiş. D. Məmmədovun atası ötən il xəstəlikdən dünyasını dəyişib. Ata evində yaşayan polis nəfərinin 3 azyaşlı övladı qalıb.