22 Yanvar 2024 17:28
"Mançester Siti"də ilk mövsümündə Çempionlar Liqasının qalibi olan norveçli hücumçu Erlinq Haaland növbəti mövsümdə "Real Madrid"də oynaya bilər.
Metbuat.az xəbər verir ki, Kərim Benzemanın klubdan ayrılmasından sonra diqqətini Kilian Mbappenin transferinə yönəldən “Real Madrid”in fransız futbolçunun qətiyyətsiz münasibətindən qəzəblənib. “Cadena SER”in məlumatına görə, buna görə də, “Real” rəhbərliyi Erlinq Haalandı transfer etmək istəyir. Bildirilir ki, Haalandın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ildə yekunlaşsa da, onun 2024-cü il mövsümünün sonunda klubdan ayrılması üçün uyğun şərtlər var. Bildirilir ki, Jude Bellingem transferindəki strategiyanı izləyən “Real Madrid “artıq futbolçu və onun yaxın ətrafı ilə əlaqə saxlayıb. Tərəflər arasında ilk görüşlər məhsuldar keçib.
Haalandın müqaviləsində hər mövsüm azalan sərbəst qalma maddəsinin olduğu və bu bəndin təxminən 180 milyon avro qarşılığında bu yay aktivləşdirilə biləcəyi bildirilib. Digər tərəfdən, “Real Madrid “karyerasına uğurlu başlanğıc edən ingilis ulduz Bellingem “Borussiya Dortmund”da komanda yoldaşı olan Haalandı İspaniyaya gəlməsi üçün razı salıb.