METBUAT.AZ

Ölkə

Hava yenidən dəyişir: Qar yağacaq, güclü külək əsəcək-

16 Yanvar 2024 16:30

Bakıda və Abşeron yarımadasında yanvarın 17-si səhərdən axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az verilən məlumata görə, Azərbaycanın rayonlarında yanvarın 17-də qərb küləyinin 15-20 m/s, bəzi şərq rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi, havanın 17-si axşam əsasən Gəncə-Qazax, Balakən-Şəki zonalarında qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir.


metbuat.az.