17 Yanvar 2024 14:29
Qətər İsrail və HƏMAS arasında Qəzzadakı əsirlərə dərman çatdırılması müqabilində bölgədəki mülki şəxslərə dərman və humanitar yardımların çatdırılmasına dair razılaşma əldə edildiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi yazılı açıqlama verib. Açıqlamaya görə, Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Qəzza zolağında israilli əsirlərə lazım olan dərmanların çatdırılması müqabilində HƏMAS və İsrailin Qəzzada mülki şəxslərə dərman və humanitar yardımın çatdırılması üçün danışıqlar apardığını bildirib. Razılaşmanın əldə edildiyini ifadə edən Ensari, bu razılaşmanın Qətər və Fransanın vasitəçiliyi ilə uğurlu olduğunu ifadə edib.
Qətər Silahlı Qüvvələrinə aid iki təyyarə ilə Misirin Əl-Ariş şəhərinə dərman və yardım göndərilərək Qəzza zolağına çatdırılacaq. Ənsari, Qətərin regional və beynəlxalq tərəfdaşlarla birgə səylərini davam etdirəcəyini bildirib.