METBUAT.AZ

Mədəniyyət

Həmid Herisçinin son vəziyyəti açıqlandı -

27 Yanvar 2024 13:14

Aparıcı Həmid Herisçinin vəziyyətində irəliləyiş var.

Bu barədə Metbuat.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məmmədli modul tipli xəstəxanada davam etdirilir. Səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir”.


metbuat.az.