METBUAT.AZ

Sağlamlıq

Hepatit A-ya yoluxan uşaqlarıın yaş qrupu açıqlandı -

29 Yanvar 2024 11:34

Səhiyyə Nazirliyi Azərbaycanda Hepatit A virusuna yoluxan uşaqların yaş qrupunu açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bu barədə açıqlama verib. O bildirib ki, xüsusilə 5-14 yaş qrupu uşaqlar Hepatit A virusuna daha çox yoluxur: "Uşaqlarda yoluxma hallarında valideyinlər panikaya düşməsinlər. Bu zaman həkim-pediatrlara müraciət etsinlər, həkim nəzarətində təcrid olunaraq, müalicə alsınlar.

Böyüklər də əksər hallarda məhz uşaqlardan yoluxa bilərlər. Yaşlı insanlar, xüsusilə xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən, Hepatit B və C xəstələri, sirrozlu xəstələr, alkoqolla bağlı qaraciyər xəstəliyindən əziyyət çəkənlər, ağır ürək xəstələri, böyrək xəstələri hepatit A-ya yoluxarsa, bu zaman çətinliklər yarana bilər. Buna görə də, virusun alovlanması olan ərazilərdə bu qrup şəxslərə vaksinasiyadan keçmək ciddi tövsiyə olunur".

Həkim deyib ki, Hepatit A virusu yüksək immunogendir. Virusa yalnız bir dəfə yoluxma mümkündür, sonra ömürlük immunitet formalaşır:

"Xüsusi müalicəsi üsulu və spesifik bir antivirus preparatı yoxdur. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Hepatit A xəstələrinə çox dərman istifadəsi məqsədəuyğun deyil. Onsuzda ciddi virus təsirnə məruz qalan qaraciyər bir də artıq dərmanlara güc sərf etməməlidir. Lazımsız medikamentoz müalicədən qaçınmaq tövsiyə olunur. Vaksinasiya Hepatit A virusunun spesifik profilaktika üsuludur. İki doz peyvənd alaraq, bu xəstəlikdən tam qorunmaq mümkündür.

Əl gigiyenası, xüsusilə uşaqların virusun yayılmasının qarşısını almağın ən yaxşı yoludur. Yüksək risk qrupunda olan insanlar peyvəndlənmədən keçməlidirlər. Kütləvi qidalanma obyektlərində qida ilə təmasda olan insanların şəxsi gigiyenasına ciddi sürətdə təşviq etmək və onlara mütəmadi olaraq xüsusi dezinfeksiyaedici məhlullardan istifadə tövsiyə olunur.

Xəstəliyin simptomları üzə çıxdığı və ya şübhələndiyiniz andan digər insanlarla təması minimuma endirməsi, həmçinin insanların toplandığı ərazilərdən bir müddət uzaq qalmaq başqalarının yoluxmamaya daha az məruz qalması deməkdir".

Metbuat.az


metbuat.az.