12 Yanvar 2024 21:45
Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.
Metbuat.az xəbər verir ki, xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Mirzəyev eyni zamanda, Quru Qoşunların komandanı vəzifəsini tutacaq.
Hikmət Mirzəyevin təyinatında sonra onun arxiv görüntüləri yenidən gündəm olub. 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan general-leytenant Hikmət Mirzəyevin gənclik illərinin fotoları fotolar maraqlı müzakirələrə səbəb olub.
Fotoların 1993-cü ildə Birinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Taborun heyəti arasında çəkildiyi iddia edilir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub.