19 Yanvar 2024 11:37
"Kim deyib ki, İsrail İrana hücum etməyəcək? İrana hücum edə bilərik. Husilər, HƏMAS və Livan Hizbullahının hücumlarının arxasında duran ilanın başı İrandadır",
Bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bəs doğurdanmı bütün bunların arxasında İran dayanır? İsrailin yaxın zamanda İranla müharibəyə başlamaq təhlükəsi varmı?
Mövzu ilə bağlı Metbuat.az-ın suallarını cavablandıran politoloq Elxan Şahinoğlu bildirib ki, Hizbullah, HƏMAS, Husiləri silahlandıran İrandır və bütün bu qruplaşmalarında əsas hədəfi İsraildir.
"Hizbullahda sərhəddə İsrailə zaman-zaman zərbələr endirməyə çalışır . Həmas onsuzda geçən ilin oktyabr ayında terror hücumu həyata keçirdi. Hal-hazırda Qəzzada ölən mülki insanların sayıda artıb və Husilərdə qırmızı dənizdə məhz İsraillə mübarizə adı altında ticarət gəmilərinə hücum edirlər. İsraildə bilir ki, bunların arxasında İran dayanır. Ona görə də İsrailin baş naziri Netenyahu tez-tez İranın adını çəkir ki, İrana da zərbələr endirə bilərlər"
Poliqotoq qeyd edib ki, İranın Suriyada və İraqdakı mövqelərinə İsrail təyyarələri ara-sıra zərbələr endirirlər.
"Amma İsrail başa düşürki , əsas rəqibi, düşməni İrandır və iranın nüvə asilahı əldə etməsinə qarşıda İsrasil illərdir mübarizə aparır. Çunki, bilir ki, nüvə silahı əldə etsə əsas hədəfi İsrail olacaq ona görə də Netenyahu bu səpkidə açıqlamalar verir ki, əslində İranıda vura bilərlər. İsarilin əlində texnoloji silahlarla əslində bu mümkündür. Amma bununda çox acı nəticələri ola bilər.İranın özünün İsarilə əli çatmasada adı çəkilən silahlar qruplar tərəfindən yenidən yaxın şərqi qarışdıra bilər".
Metbuat.az/Quliyeva Seyranə