31 Yanvar 2024 08:25
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı (husilər) ABŞ və Böyük Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazırdır.
Metbuat.az xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Məhəmməd Nasir əl-Atefi bildirib.
"Amerikalılar, ingilislər və onlarla koordinasiya edənlər Yəmənin suveren qərarının gücünü başa düşməlidirlər", - əl-Atefi deyib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra "Ənsar Allah" hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini, gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücumlar edirlər.