METBUAT.AZ

Dünya

Husilər Ədən körfəzində gəmini bombaladı

19 Yanvar 2024 16:05

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ gəmisini qanadlı raketlərlə hədəfə aldıqlarını bəyan ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Seri üsyançıların nəzarətindəki Əl-Məsirə televiziyasına açıqlama verib. O bildirib ki, məzlum Fələstin xalqına kömək etmək, ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumlarına cavab olaraq AİB-in “Kim Ranger” gəmisi hədəfə alınıb. Sözügedən hücumun qanadlı raketlərlə həyata keçirildiyini bildirən Seri, hədəfi dəqiq vurduqlarını qeyd edib.

ABŞ Mərkəzi Komandanlığı isə Yəməndə husilərin nəzarətində olan bölgədə iki gəmi əleyhinə raket buraxılış qurğusunu vurduğunu bildirib.


metbuat.az.