METBUAT.AZ

Gündəm

İİV-ə yoluxmamaq üçün nə etmək lazımdır?

24 Yanvar 2024 16:03

“İIV-ə yoluxma əsasən qorunmamış cinsi əlaqə və narkotiklərin istifadəsi zamanı baş verir. Virusa üçüncü yoluxma mənbəyi müxtəlif kosmetoloji, ginekoloji, stamotoloji proseslər zamanı istifadə edilən steril olmayan alətlərdir”.

Metbuat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəki canlı yayımda IIV/QİÇS haqqında danışarkən deyib.

Nazirliyin nümayəndəsi bildirib ki, kosmetoloji və tibbi müayinələr zamanı şəxslər tibbi alətlərin steril olmasını tələb etməlidirlər.

“Heç kim bu xəstəlikdən sığortalanmayıb. Gənclər bu infeksiyaya yoluxmamaq üçün vaxtında tədbir görməlidir”.

Günəş Cəfərova qeyd edib ki, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi orta məktəblərdə, ali təhsil müəssisələrində şagirdlər tələbələr arasında maarifləndirmə işləri aparır, metrolarda İIV-ə yoluxma yolları və qorunma barədə videoçarxlar nümayiş olunur.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.