30 Yanvar 2024 10:22
ABŞ milyarderi İlon Maskın sahibi olduğu neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.
Metbuat.az bildirir ki, bununla bağlı Mask özünün “X” hesabında paylaşım edib:
“İlk şəxsə dünən “Neuralink”in çipi qoyuldu. Proses yaxşı gedir”.
O qeyd edib ki, şirkətin ilk məhsulu “Telepatiya” adlanır. Bu çip sayəsində insan düşüncə gücü ilə telefonu və kompüteri idarə edə biləcək:
“İlk istifadəçilər ətraflarına nəzarəti itirmiş insanlar olacaqlar. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”.