25 Yanvar 2024 12:20
Bu il işğaldan azad olunan ərazilərdəki 3 məktəbdə məzunlar olacaq. Buraxılış imtahanları bu il həmin məktəblərdə də keçiriləcək.
Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, bu səbəbdən rayonlarda nəzarətçi müəllimlərin sayı artırılacaq.