METBUAT.AZ

Dünya

İslandiyada püskürən lava yaşayış məntəqələrinə çatdı

15 Yanvar 2024 16:41

İslandiyanın Reykjanes yarımadasındakı Qrindavik şəhəri yaxınlığındakı püskürən lava yaşayış məntəqələrinə çatıb.

Metbuat.az xəbər verir ki, Qrindavik qəsəbəsində baş verən zəlzələlər bölgədə iki çatın yaranmasına səbəb olub. Çatlardan püskürən lava 100 metr hündürlüyə çatıb. Məlumata görə, lava Qrindavik şəhərini lavadan qorumaq üçün tikilmiş divarı yarıb.Yaşayış məntəqələrinə çatan lavanın səbəb olduğu yanğında bir sıra evlər sıradan çıxıb. İslandiya prezidenti Qudni Yohannesson bildirib ki, bölgədəki vulkanik sistem oyanıb və Reykjanes yarımadasında təbii fəlakət başlayıb.

Qeyd edək ki, İslandiya Meteorologiya İdarəsi Qrindavik şəhərində baş verən zəlzələlərdən sonra dünən vulkanın püskürdüyünü və qəsəbə sakinlərinin təxliyə edildiyini bildirmişdi.


metbuat.az.