9 Yanvar 2024 15:16
İsrail törətdiyi soyqırım və qırğınlara baxmayaraq, Qəzzaya hücumlarda məqsədlərinin heç birinə nail ola bilməyib.
Metbuat.az xəbər verir ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə belə deyib. Haniyə Qətərin paytaxtı Dohada keçirilən Dünya Müsəlman Alimlər Birliyinin 6-cı Baş Assambleyasının iclasındakı çıxışında bildirib ki, İsrail Qəzzaya hücumları ilə HƏMAS-a son qoymaq, girovları xilas etmək və fələstinliləri köç etməyə məcbur etmək istəyib. Onun sözlərinə görə, İsrail kəşfiyyatı, onun qərbli müttəfiqləri və Qəzza üzərində uçan pilotsuz uçuş aparatları heç bir məhbusu belə xilas edə bilməyib. Haniyə girovların sağ-salamat xilas edilməsinin İsrail həbsxanalarında olan bütün məhbusların azadlığa buraxılmasından asılı olduğunu bildirib.
İsrailin məcburi köç planlarına toxunan Haniyə bildirib ki, Fələstin xalqının müqaviməti və öz torpaqlarına olan bağlılığı nəticəsində bu məqsədlər uğursuz olub.