METBUAT.AZ

Dünya

İsrail ordusunun itkilərinin sayı açıqlandı

21 Yanvar 2024 12:01

2023-cü ilin noyabrın sonundan Qəzzada keçirilən quru əməliyyatları nəticəsində həlak olan İsrail hərbçilərinin sayı 195 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“Məlumata görə, İsrail ordusunun 23 yaşlı çavuşu Qəzza zolağının cənubunda həlak olub. 7 oktyabr 2023-cü ildən bəri isə İsrail ordusunun itkiləri 530-u ötüb”, - məlumatda qeyd olunub.


metbuat.az.