METBUAT.AZ

Dünya

​İsrail Qəzza zolağını daimi işğal etmək niyyətində deyil -

11 Yanvar 2024 11:52

İsrail Qəzza zolağını daimi işğal etmək və ya mülki əhalini köçürmək niyyətində deyil.

Metbuat.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu belə deyib. O bildirib ki, İsrailin məqsədi Qəzzanı HƏMAS-dan azad etmək və israilli girovları azad etməkdir. İsrailin Fələstin xalqı ilə deyil, HƏMAS ilə döyüşdüyünü və bunu tamamilə beynəlxalq hüquqa uyğun olaraq etdiyini irəli sürən Netanyahu, İsrail ordusunun mülki itkiləri minimuma endirmək üçün hər cür səy göstərdiyini iddia edib. Netanyahu bildirib ki, İsrail ordusu vərəqələr paylayaraq, telefon danışıqları edərək və təhlükəsiz dəhlizlər təmin edərək fələstinli mülki vətəndaşları döyüş bölgələrini tərk etməyə təşviq edir.


metbuat.az.