29 Yanvar 2024 17:15
İstanbul kilsəsinə hücumla bağlı saxlanılanların sayı 51 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, saxlanılanlardan 23-ü vətənlərinə deportasiya olunacaq.
Hücum edənlərin Polşa qeydiyyat nömrəli avtomobildən istifadə etdikləri qeyd edilir.
Seyranə Quliyeva / Metbuat.az