15 Yanvar 2024 17:19
Xətai rayon məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilərək saxlanılan jurnalist Elnarə Qasımovanın işi üzrə məkəmə prosesi keçirilib.
Metbuat.az-ın məlumatına görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb. Təqdimat təmin edilib və Elnarə Qasımova barədə 2 ay 17 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.
İttihama görə, “Abzas Media”-nın əməkdaşı Elnarə Qasımova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.