METBUAT.AZ

Hadisə

Jurnalist və qızları xəstəxanaya yerləşdirildi -

6 Yanvar 2024 17:39

Naxçıvanda dəm qazından 3 nəfər zəhərlənib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakinləri 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və qızları 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı və 2011-ci il təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhərləniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, R.Rəsulova Naxçıvan televiziyasının əməkdaşıdır.


metbuat.az.