METBUAT.AZ

Hadisə

Keçmiş məhkumun üzərindən tiryək, yaşadığı evdən isə

27 Yanvar 2024 13:37

Salyan rayon sakininin üzərindən tiryək, yaşadığı evdən isə avtomat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Vüqar Tağıyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 7 ədəd patron aşkarlanıb.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


metbuat.az.