10 Yanvar 2024 15:14
Şimali Koreya lideri Kim Çen In bildirib ki, Koreya Respublikası Pxenyanın nöqteyi-nəzərindən ən düşmən dövlətə çevrilib.
Metbuat.az-ın məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər verib. Məlumata görə, o, bunu müdafiə sənayesi müəssisələrinə səfəri zamanı bildirib.
“Kim Çen In qeyd edib ki, indi Koreya Respublikasını KXDR üçün ən düşmən dövlət kimi səciyyələndirməyin vaxtı çatıb”, - xəbərdə vurğulanır.