METBUAT.AZ

Ölkə

Kimlər işini itirmək təhlükəsilə üz-üzədir?

16 Yanvar 2024 11:40

Süni intellekt dünya üzrə iş yerlərinin təxminən 40%-nin azalmasına səbəb ola bilər.

Bu barədə Beynəlxalq Valyuta Fondunun təhlilində bəhs edilib.

Mövzu ilə bağlı Metbuat.az-a danışan Marketoloq Fərid Məhərrəmli bildirib ki, suni intelektin iş yerlərinə təsiri yəqin ki, yaxın gələcəkdə gözlənilmir.

"Yaxın 2-3 il ərzində suni intelektin inkişafının Azərbaycan da iş yerlərinə təsirini hiss etməyəcəyik. Lakin zaman içərisində gedən trendlərlə artıq bu dəyişiklik azərbaycanada ayaq uyduracaq. Bir çox ölkələrdə suni intelektin ələ keçirdiyi iş sahalərini Azərbaycanda da ələ keçirəcəyi gözlənilir" deyə ekspert qeyd edib. .

Həmçinin Fərid Məhərrəmli onu da vurğulayıb ki, ilkin dövrdə isə işini itirənlər əsasən gündəlik iş sektorunda çalışan işçilər olacaq, bunlar içərisində birinci növbədə taksi sürücüləri, karqo, logistika işi görən insanlar ola bilər. Yəni daha çox ilk başlarda fiziki işlər olacaq ki, suni intelekt bir növ onları ələ keçirəcək. . Məsələn Amerikada əsasən kassir, taksi sürücüsü bu kimi işləri artıq avtomatlaşdırıblar və suni intelektlə əvəz olunub.

"Eyni zamanda suni intelektin gəlməs ilə yeni iş yerləri yaranacaq. Biz bunu da unutmayaq ki, bir texnologiya gələndə bir çox peşələr öz fəaliyyətini itirirsə də eyni zamanda bu texnologiyanın yaranması ilə yeni peşə sahələridə yaranır. Amma bu prosesin baş verməsi addımba addım olacaq. Proses sürətli çəkildə baş vermiyəcək" deyə-O əlavə edib.


metbuat.az.