METBUAT.AZ

Hadisə

Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə cinayətlərlə bağlı 172 iş

26 Yanvar 2024 11:05

Ötən il korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə cinayətlərlə bağlı 172 iş məhkəməyə göndərilib.

Metbuat.az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslərdən 45 nəfəri cinayət başında yaxalanıb: “37 əməliyyat tədbiri həyata keçirilib, axtarışda olan 12 nəfər tutulub”.


metbuat.az.