10 Yanvar 2024 10:48
Ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz saatlarından zəifləyəcək.
Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Qurum rəsmisinin sözlərinə görə, yağıntılı hava şəraiti isə 12-dək fasilələrlə davam edəcək.