METBUAT.AZ

Ölkə

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? -

17 Yanvar 2024 15:12

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 17-si saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Aran rayonlarında 13°-dək isti, Naxçıvan Muxtar Respublikasında 3°-dək isti, dağlıq rayonlarda 3-7° isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.


metbuat.az.