METBUAT.AZ

Gündəm

Kürdəmirdən gələn azyaşlı Bakıda cinayət törətdi

29 Yanvar 2024 15:21

Kürdəmir rayonundan olan azyaşlı Bakıda cinayət törədib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, yanvarın 28-də Xətai rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində avtomobillə saxlanılıb.

Metbuat.az


metbuat.az.