9 Yanvar 2024 14:42
ABŞ-nin "Sportinq Kanzas Siti" komandası MLS-də "İnter Mayami"yə qarşı keçirəcəyi oyunun stadionunu dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buna azarkeşlərin rəqib futbolçu Lionel Messiyə inanılmaz marağı səbəb olub.
Komandanın ev oyunlarını keçirdiyi arena 18 min azarkeş tutumuna malikdir. Qarşılaşma isə 76 min yerlik "Arrowhead Stadium"da gerçəkləşəcək.