METBUAT.AZ

Dünya

​Lloyd Ostin xəstəxanaya yerləşdirilib

6 Yanvar 2024 09:24

ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV departamentin mətbuat katibi Patrik Rayderin bəyanatına istinadən məlumat yayıb.

“Yanvarın 1-də axşam müdafiə naziri III Lloyd C. Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib”, – məlumatda deyilib.


metbuat.az.