METBUAT.AZ

Ölkə

Mais Ağayev işdən niyə çıxıb? -

20 Yanvar 2024 16:11

Səlahiyyətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verilən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Mais Ağayevin öz ərizəsi əsasında işdən uzaqlaşdığı bildirilir.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Mais Ağayev 2023-cü ilin noyabr ayından etibarən öz ərizəsi ilə işdən ayrılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sözçüsü Tural Orucov isə bu barədə açıqlama vermək istəmədiyini bildirib:

“Təmsil etdiyim qurumla bağlı bütün sualları cavablandırmağa hazıram. Hansısa işçi ilə bağlı açıqlama vermək istəmirəm”.


metbuat.az.