25 Yanvar 2024 08:25
İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Jirona"nın 4 futbolçusu ilə maraqlanır.
Metbuat.az xəbər verir ki, “Mançester Siti” yarımmüdafiəçilər Viktor Sıqankov və Yan Koutunu, hücumçular Artyom Dovbik və Savionu izləyirlər. Yanvarın 21-də İspaniya La Liqasının 21-ci turu çərçivəsində keçirilən "Jirona" - "Sevilya" oyununu (5:1) İngiltərə klubunun idman direktoru Çiki Beqiristayn tribunadan izləyib. "Barselona" klubunun da "Jirona"nın 5 futbolçusunu transfer etmək istədiyi barədə xəbərlər dərc edilib.
Qeyd edək ki, "Jirona" 21 turdan sonra İspaniya çempionatına 52 xalla başçılıq edir. Liderdən 1 xal geri qalan "Real"ın ehtiyatda bir oyunu var.