METBUAT.AZ

İdman

Mbappe Pereslə razılaşa bilmədi -

25 Yanvar 2024 11:15

PSJ-nin futbolçusu Kiliyan Mbappe PSJ klubundan ayrılmaq barədə qərar verib.

Metbuat.az xəbər verir ki, o mövsümün sonunda PSJ-ni tərk edəcək. Bildirilir ki, Mbappe “Real Madrid”ə transfer olmaq istəsə də, tərəflər hələlik məvacib məsələsində razılığa gələ bilməyib. Xarici KİV-lərin məlumatına görə, “Real” Mbappeyə 100 milyon avro civarında imza pulu verəcək. Tərəflər bununla bağlı razlaşıb. Lakin məvacib məsələsində razılığa gəlinməyib. Mbappe “Real”dan illik 70 milyon avro məvacib tələb edir.

“Real” isə Mbappeyə 35 milyon avrodan çox məvacib ödəmək istəmir. “Real”ın prezidenti Florentino Peres Mbappeyə yüksək məbləğ ödəyərək klubdakı məvacib balansını pozmaq, futbolçular arasında narazılıq yaratmaq istəmir.


metbuat.az.