18 Yanvar 2024 10:03
Medianın İnkişafı Agentliyi (MEDİA) Əməkdar jurnalist Şamil Vəliyevin vəfatı ilə bağlı başsağlığı verib.
Metbuat.az xəbər verir ki, bu barədə MEDİA sosial şəbəkədə paylaşım edib.
" Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Əməkdar jurnalist Şamil Vəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.