METBUAT.AZ

Dünya

Meloni Türkiyəyə

12 Yanvar 2024 11:38

İtaliyanın Baş naziri Giorgia Meloni Türkiyəyə səfər edəcək.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, səfər yanvarın 20-də baş tutacaq. Nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Görüşdə Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Türkiyənin Aİ-yə üzvlüyü və iki ölkə arasındakı münasibətlərin müzakirə olunacağı gözlənilir.


metbuat.az.