24 Yanvar 2024 09:57
Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib.
Metbuat.az xəbər verir ki, MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərilməyə başlanılıb.
Bildirişlər yanvarın 23-dən etibarən göndərilir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.