METBUAT.AZ

Ölkə

Meymunçiyəyi virusunun Azərbaycanda yayılma ehtimalı varmı?

24 Yanvar 2024 10:33

Rusiyanın Sankt-Peterburq şəhərində Çindən gələn turistlər arasında iki meymunçiçəyinə yoluxma halı aşkarlanıb.

Qonşu ölkədə olan virusun ölkəmizə gəlmək qorxusu varmı?

Mövzu ilə bağlı Metbuat.az-a danışan Adil Qeybulla bildirib ki, meymunçiçəyi adlanan virus hal-hazırda Dünya Səhiyyə Təşkilatı tərəfindən adı dəyişdirilərək “mpox” virusu adlanır.

“Bu virus təbii çiçək virusu ailəsinə aidddir. Lakin, təbii çiçək qədər aqressiv deyil. Təbii çiçək virusu 4 karantin infeksiyadan biridir. O vaxtilə milyonlarla insan həyatına son qoymuş bir virusdur. Pandemiya yaradan bir virusdur. Bu virusa 1980-ci ildə vaksinasiya nəticəsində son qoyulub. Və meymunçiçəyidə bu ailəyə daxildir lakin, o qədər də təhlükəli deyil”.

Bundan başqa A. Qeybulla qeyd edib ki, meymunçiçəyi virusu kontakt yoli ilə yoluxur. Yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas yolu ilə, orqanizmdən xaric olan bütün ifrazat yolu ilə, virusun mövcud olduğu əşyalara təmas yolu ilə ola bilər.

“Virus orqanizmə daxil olduqdan sonra baş ağrıları, əzələ ağrıları, ümumi halsızlıq , zəiflik, qızdırma kimi əlamətlər 3 həftə davam edə bilər. Sonra dəri səthində üzdən başlayan səpkilər əmələ gəlir”

Adil Qeybulla onu da vurğulayıb ki, xəstəlik yaşlı insanlarda,hamilə qadınlarda, uşaqlarda və xəstəliyi olan insanlarda problem yarada bilər.

“Bu gün dünyanın əksər ölkələrində bu xəstəliyə rast gəlinir. Hal-hazırda Britaniyada yoluxma halları qeydə alınır. Virusun 2 forması, Qərbi və Mərkəzi Afrika forması var. Britaniyaya virusun Nigeriyadan yayıldığı güman edilir”

Bu xəsləliyə yoluxma halı az olduğundan, epidemiya törətmək böyük bir pandemiya törətmək qorxusunun olmadığını deyən professor qeyd edib ki, vaxtilə bu virusun epidemiyaları olub.

“Xüsusilə Afrika ölkələrində, Nigeriyada və s. Epidemiya halları qeydə alınıb. Ona görə, biz də bu baxımdan ehtiyatlı olmalıyıq. Ən azından xəstə olan insanlar tapılıb, izolyasiya olunmalıdır ki, onlar infeksiyanı yaymasınlar. Xəstəliyin spesefik müalicəsi yoxdur. Lakin, təbii çiçək vaksini var. Həmin vaksin 80 faiz demək olarki, xəstəliyi qoruyur. Düşünürəmki hər şey şəxsi gigiyenadan aslıdır. Biz hər zaman şəxsi gigiyena qaydalarını gözləməliyik.

Seyranə Quliyeva/Metbuat.az


metbuat.az.