Metbuat.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
1 Yanvar 2024 17:16
Azərbaycana idxal edilən təzə və ya soyudulmuş tomat, xiyar, kornişonlar, süfrə üzümləri, sidrin istehsalı üçün almalar, armudlar, dondurulmamış, Briks ədədi 20-dən çox olmayan portağal şirəsi, tərkibində şəkər əlavələri olan və olmayan digər sitrus meyvələrinin şirələri, tərkibində şəkər əlavələri olan və olmayan qıcqırdılmamış və tərkibində spirt əlavəsi olmayan, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya edilməmiş meyvə şirələri, tərkibində şəkər əlavələri olan və digər tomat şirəsi, üzüm şirəsi, alma şirəsi, meyvə və tərəvəz şirələri əsasında içkilər, meyvə və tərəvəz şirəsi əsaslı energetik içkilər daha 2 il gömrük rüsumundan azad edilib.