8 Yanvar 2024 11:01
2023/2024 mövsümünün ilk yarısında Azərbaycan çempionatlarında və ölkə kubokunda ən çox qol vurulmuş qarşılaşmalar bəlli olub.
Metbuat.az xəbər verir ki, ən məhsuldar oyunlarında 10 qol qeydə alınıb.
Azərbaycan Kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və II Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisi 8:2 hesabı ilə bitib. Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər.
İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər Liqası və II Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə 14 dəfə ən azı 8 top vurulub.
Azərbaycan Premyer Liqasının ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. 2023/24 mövsümünün ən azı 8 qol vurulan oyunlarının 1-i Premyer Liqa, 1-i Azərbaycan Kuboku, 1-i I Liqa, 3-ü Əvəzedicilər Liqası, 8-i II Liqaya təsadüf edib.
8 və daha çox qolun vurulduğu oyunlar:
14.11.2023. 2L. Göygöl - Şəmkir 8:2
19.12.2023. AK. İrəvan – Araz-Naxçıvan 2:8
25.09.2023. 2L. Kür-Araz - Kürmük Qax 6:3
06.11.2023. 2L. Şahdağ Qusar - Dinamo 9:0
13.08.2023. ƏL. Araz-Naxçıvan - Qəbələ 2:6
11.09.2023. 2L. Qusar - Şəmkir 7:1
21.09.2023. 1L. Şamaxı - Araz Saatlı 8:0
01.10.2023. ƏL. Turan Tovuz - Neftçi 0:8
24.10.2023. 2L. Şəfa - Cəbrayıl 2:6
31.10.2023. 2L. Cəbrayıl - Ağdaş 5:3
04.11.2023. APL. Qarabağ - Kəpəz 7:1
27.11.2023. ƏL. Neftçi - Araz-Naxçıvan 8:0
05.12.2023. 2L. Kür-Araz - Lerik 7:2
15.12.2023. 2L. Lerik - Dinamo 4:4
APL – Azərbaycan Premyer Liqası, AK – Azərbaycan Kuboku, ƏL – Əvəzedicilər Liqası, 1L – 1-ci Liqa, 2L – 2-ci Liqa