19 Yanvar 2024 11:18
1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulmadan bölgədə təhlükəsizlik və sabitlik olmayacaq.
Metbuat.az xəbər verir ki, Fələstin Rəyasət Heyətinin sözçüsü Nabil Əbu Radine belə açıqlama verib. O İsrailin baş naziri Binyamin Netanyahunun Fələstin dövlətinin qurulmasına qarşı olduğunu deməsindən sonra verdiyi açıqlamasında bildirib ki, bölgədə sabitliyin olması üçün müstəqil Fələstin dövləti qurulmalıdır.Netanyahunun Fələstin dövlətinin qurulmasını rədd edən açıqlamalarına münasibət bildirən Əbu Radine bəyan edib ki, İsrailin hazırki hökuməti bütün bölgəni xaosa sürükləmək əzmindədir.
Qeyd edək ki, Binyamin Netanyahu ABŞ mediasında dərc edilən "Vaşinqton administrasiyası Netanyahudan sonra Fələstin dövlətinin qurulması üçün hazırlıq görür" xəbəri ilə bağlı suala belə cavab verib: "Netanyahudan sonrakı gün. Bu, İsrail vətəndaşlarının əksəriyyətinin sonrakı gündür. Mən 30 ildir ardıcıl olaraq bir şeyi deyirəm. Bu münaqişə dövlətin yoxluğu ilə deyil, dövlətin mövcudluğu ilə bağlıdır”.