27 Yanvar 2024 11:43
Marsda əvvəllər su ilə dolu olsa da, sonradan quruyan göl çöküntülərinə dair sübutlar tapılıb.
Metbuat.az NASA-nın saytına istinadla xəbər verir ki,“Jerezo” kraterinə aparılan tədqiqatlar bir zamanlar bu planetdə su olduğu ehtimallarını gücləndirib.
Los-Ancelesdəki Kaliforniya Universiteti (UCLA) və Oslo Universitetinin alimlərinin apardığı araşdırma altı təkərli kiçik robotlar vasitəsi ilə həyata keçirilib. Roverin RIMFAX radar alətindən gələn səsləri tədqiq edən alimlər 65 fut (20 metr) dərinlikdə olan qaya təbəqələrinin en kəsiyi görüntüsünü əldə ediblər.
Həmin kəsiklərdəki çöküntülər qurumuş göl çuxurlarını xatırladıb. NASA-nın Marsda su axtaran tədqiqat qurupunun ehtimallarına görə, hazırda qurumuş, cansız Mars planeti bir zamanlar Yer kürəsi kimi yaşayış üçün əlverişli planet olub.
Qeyd edək ki, Marsda kraterdə tapılmış çöküntülərin təxminən 3 milyard il əvvəl əmələ gəldiyi ehtimal olunub. Yer kürəsinin isə təqribən 5 milyard yaşı var.