11 Yanvar 2024 15:29
NATO Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmağa davam edəcəyini bəyan edib.
Metbuat.az xəbər verir ki, açıqlamada, müttəfiqlərin Rusiyanın Ukraynaya qarşı hava hücumlarının artmasını və Rusiyanın Şimali Koreyadan aldığı ballistik raketlərdən və İrandan aldığı pilotsuz uçuş aparatlarından istifadə etməsini qətiyyətlə pislədikləri bildirilib. Açıqlmada deyilir ki, NATO Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək. Bəyanatda müttəfiqlərin NATO vasitəsilə təxminən 1000 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi alacağı bildirilib.
Açıqlamada Böyük Britniaynın Ukraynaya təxminən 200 hava hücumundan müdafiə raketi göndərəcəyi xatırladılıb. NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya dəstəyin davam edəcəyini vurğulayaraq bildirib ki, Rusiya Prezidenti Vladimir Putin iki ildir ki, Ukraynanı kütləvi hücumlarla yıxmağa çalışsa da, buna nail ola bilməyəcək.