9 Yanvar 2024 11:46
Nazirlər Kabineti “Satınalma planının forması”nı və “Satınalma planında, uyğunluğa dair sənədlər toplusunda, şərtlər toplusunda və təkliflərin cəlb edilməsi barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması üçün təsnifat kodları və onlardan istifadə Qaydası”nı təsdiq edib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar bu il yanvarın 1-dən qüvvəyə minib.