METBUAT.AZ

İdman

"Neftşi" və "Qarabağ" Balotelli üçün təklif göndərib? -

13 Yanvar 2024 14:54

Xəbər verdiyimiz kimi, Azərbaycan klubu italiyalı futbolçu Mario Balotelli üçün "Adana Demirspor" klubuna təklif göndərib.

Metbuat.az bildirir ki, bununla bağlı futbolçunun agenti Enzo Royala məlumat verib. Açıqlama azərbaycanlı azarkeşləri həyəcanlandırıb, əksəriyyət bu klubun "Qarabağ" və ya "Neftçi" ola biləcəyini qeyd ediblər.

Məsələ ilə bağlı həm "Qarabağ", həm də "Neftçi" klublarının mətbuat xidmətləri ilə əlaqə saxladıq. Hər iki klubdan saytımıza bildirildi ki, Balotelli ilə bağlı heç bir təklif göndərməyiblər.

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.