METBUAT.AZ

Ölkə

Nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradıldı -

27 Yanvar 2024 15:00

Azərbaycan Resrublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılıb.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.

Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.


metbuat.az.