METBUAT.AZ

İdman

Növbəti 100 milyonluq transfer -

12 Yanvar 2024 17:26

"Çelsi" hücum xəttini Evan Ferqyusonla gücləndirmək istəyir.

Metbuat.az xəbər verir ki, Ferqyusonun transferi üçün Braytonun azı 100 milyon funt-sterlinq tələb edəcəyi bildirilib. Bildirilir ki, transfer bu qiymətə reallaşsa İngiltərədə 100 milyonluq hədd yenidən aşılacaq.

Qeyd edək ki, Premyer Liqada son transferlərə ən çox pul xərcləyən klub olan "Çelsi" 100 milyonluq həddini iki dəfə keçib. Enzo Fernandez və Moises Kaysedonun transferləri üçün 100 milyon funt-sterlinqdən çox pul ödəyən London komandası Evan Ferqyusonu heyətinə qatarsa, qısa müddətdə üçüncü dəfə 100 milyon səddini keçəcək.


metbuat.az.