20 Yanvar 2024 11:12
Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı Fəaliyyət planı hazırlayıb.
Metbuat.az-ın məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, plan çərçivəsində silsilə tədbirlər nəzərdə tutulub:
"Artıq Bakı, Gəncə, Şəki və Qubada tədbirlər keçirilib. Növbəti tədbirin Naxçıvanda keçirilməsi nəzərdə tutulub. Tədbirlər vətəndaşların seçki hüququnun təmini ilə bağlıdır".