METBUAT.AZ

Dünya

Pakistan hərbi gəmilərini Ərəbistan dənizinə göndərdi

8 Yanvar 2024 12:43

Pakistan donanması hərbi gəmilərini Ərəbistan dənizinə yerləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistan Hərbi Dəniz Qüvvələri sosial media hesabında açıqlama verib. Bildirilib ki, buna səbəb bölgədə baş verən insidentlərdir. Pakistanın Dəniz Qüvvələrinin İctimaitlə Əlaqələr Baş İdarəsinin açıqlamasıana görə, milli və beynəlxalq dəniz kommunikasiya xətlərinin sıx nəzarət altında saxlanılması üçün Pakistan Ərəbistan dənizində mövcudluğunu intensivləşdirib.

Qeyd edək ki, bölgədə İsrail bayrağı altında üzən gəmilərə hücum edilmişdi.


metbuat.az.